Zaur Tabatadzenin merin səlahiyyətlərinin icrası müddəti uzadıldı

Bu gün 7 avqust tarixində keçirilən Bələdiyyə Məclisinin iclasında Zaur Tabatadzenin merin səlahiyyətlərinin icrası müddəti Temur Abazovla bağlı yekun qərar verilənədək uzadıldı.


Temur Abazov 13 iyun tarixində Marneuli sakininə qarşı alçaldıcı və qeyri-insani rəftar ittihamı ilə saxlanılıb. Merin statusunun dayandırılmasına görə 19 iyun tarixindən onun səlahiyyətlərinin icrasını birinci müavini Zaur Tabatadze yerinə yetirir. Bələdiyyə Məclisinin 18
iyun tarixində keçirilmiş iclasında Zaur Tabatadzenin merin səlahiyyətlərini icra etməsi üçün 7 avqust tarixinədək vaxt müəyyənləşdirilmişdi, belə ki, Temur Abazovun işi ilə bağlı yekun məhkəmə iclası 6 avqust tarixində keçirilməli idi.

Prokurorluğun tələbindən sonra məhkəmə Abazovun məhəkəmə iclasını təxirə salıb və 30 sentyabr tarixinə təyin edib. Məhz buna görə də, Bələdiyyə Məclisinin bu gün keçirilən iclasında Zaur Tabatadzenin merin səlahiyyətlərinin icrası müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər