Algeti və Sadaxlı uşaq bağçalarına uşaqların qeydiyyatına 10 sentyabr tarixində başlayacaq
Algeti və Sadaxlı uşaq bağçalarına uşaqların qeydiyyatı 10 sentyabr tarixindən başlayacaq.
Hər iki bağça müasir standartlara uyğun olaraq tikilib və hər biri 150 uşaq üçün nəzərdə tutulub. Lakin Uşaq Bağçaları Birliyinin direktoru Zaur Kərəmovun bildirdiyinə görə, bağçalara 180-dək uşaq yerləşdirmək mümkün olacaq.

Marneulinin digər
bağçalarına uşaqların qeydiyyatı artıq başa çatıb. Kərəmov bildirdi ki, bu mərhələdə uşaqların bağçalar üzrə bölünməsi prosesi davam edir, ancaq Algeti və Sadaxlı bağçalarına qeydiyyat başa çatanadək dəqiq rəqəm deyə bilməyəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər