Marneulinin Seçki Dairə Komissiyasında elan olunmuş 540 yerə 690 ərizə daxil olub

Ötən gün, 6 sentyabr tarixində dairə seçki komissiyalarında məntəqə seçki komissiyaları üzvlüyünə qeydiyyatın vaxtı başa çatdı.


Marneuli Dairə Seçki Komissiyası miqyasında 90 məntəqədə 540 yerə qəbul elan olunmuşdu.

Marneuli Dairə Seçki Komissiyasının sədri Koba Asanidzenin bizimlə söhbəti zamanı dediyinə görə, elan olunmuş yerlərə 690 ərizə daxil olub və komissiya üzvləri sentyabrın 8-dən 12-dək seçiləcək.

“İclasda hər məntəqəyə 6 nəfər seçiləcək. Müsabiqədə iştirak edən şəxsin qalib gəlməsi üçün ən az 7 səs toplamalıdır. Komissiya üzvləri namizədlər arasından seçki təcrübəsi və peşəkarlıqlarına müvafiq olaraq seçiləcək” – deyə Koba Asanidze bildirdi.

Koba Asanidze onu da dedi ki, 90 məntəqədən heç birində müsabiqə ləğv olunmayıb və bu məntəqələrin
hər biri üçün minimum 6, maksimum 12 ərizə daxil olub.

Gürcüstan miqyasında 73 dairə seçki komissiyasına daxil olan 3 637 seçki məntəqəsində elan olunmuş 21 822 yerə 29 797 ərizə daxil olub.

13 sentyabr tarixindən məsul 4 partiya tərəfindən seçki komissiyası üzvlərinin təyinatına başlanılacaq. “Gürcü Arzusu” 3, “Avropalı Gürcüstan”, “Vahid Milli Hərəkat” və “Gürcütan Vətənpərvərlər Alyansı” isə hər biri 1 komissiya üzvü təyin edə biləcəklər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər