Marneulinin qəzalı vəziyyətdə olan iki məktəbi boşaldılıb, iki məktəbdə isə təhsil davam edəcək

Məktəblərdə yeni tədris ili 17 sentyabr tarixində başlayacaq.

Marneuli miqyasında 74 ictimai fəaliyyət göstərir ki, bunlardan da üçü – Marneuli 1 saylı məktəbi, Şulaveri 2 saylı məktəbi və Sabirkənd 1 saylı məktəbi bu ili başqa məktəblərin binasında, ikinci növbədə keçirəcək.

Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərovun bizimlə söhbəti zamanı dediyinə görə, Şulaveri və Sabirkənd məktəblərinin qəzalı vəziyyətdə
olması bu binaların boşaldılmasına səbəb olub. Marneuli 1 saylı məktəbi isə hələ tikilmə mərhələsindədir.

Ömərov onu da əlavə etdi ki, artıq bələdiyyəyə məktəblərin vəziyyəti ilə bağlı məlumat verilib.

“Məktəblərin vəziyyəti ilə bağlı bütün məlumatlar verilib və məktəblərin bərpası və ya yenidən tikilməsi gələcək planlarımızda olacaq”, - deyə Kənan Ömərov bildirdi.

Tsopi və Xüldərə kəndlərinin məktəblərinin də vəziyyəti ürəkaçan deyil. Şagirdlər uçmuş divarlar arasında təhsil alırlar. Resurs Mərkəzin direktoru isə deyir ki, bu məktəblərin şagirdləri üçün alternativ binanın axtarılması planlaşdırılır ki, uşaqlar təhlükəsiz şəraitdə təhsil alsınlar.

“Millenium Minilliyin Çağırışı Fondu”nun maliyyə yardımı ilə Marneuli 5 saylı məktəbi, Tsereteli, Təzəkənd 1 saylı, Qaçağan 1 saylı və Keşəli məktəbləri yeni dərs ilinə bu il təzə təmir olunmuş məktəblərdə başlayacaqlar.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər