Tseretelidə bir həftədən artıqdır ki, kranlardan çirkli su gəlir
17:44 / 13.09.2018
Hər gün suyu şüşə qaba doldurur, hər an su
kəsilə bilər, masanın üstünə qoyur və durulmasını gözləyir. Suyu
qaynadır və yalnız bundan sonra içir.
Tsereteli sakini Manana Xaradze krandan gələn suya yad cisimlərin
qarışdığını 10 gün əvvəl görüb. Bilir ki, yad cisim qarışmış su
içmək üçün yararsızdır, lakin başqa çıxış yolu yoxdur, qaynatdıqdan
sonra yenə də içir. Deyir ki, sağlamlıq baxımından müəyyən
problemləri yaranıb, buna görə də, içməli və mineral suyu almalı
olur.
“10 gün əvvəl su dolduranda gördüm ki, yad cisimlər
qarışıb. İndi də belədir, daha çirkli olduğu da olub. Baxın,
çirklidir, dibinə çöküntü yığılıb, bu suda gözlə görünməyən mikrob
da ola bilər. Təxminən iki saat əvvəl götürmüşəm. Bütün gün ərzində
gəlmir su, ona görə də qablara doldururuq, indi dibində çöküntü
görünür, baxın” – Manana dedi.
Manana hər ay içməli suyun pulunu ödəyir, sayğac quraşdırılıb və
hesab edir ki, müvafiq xidmət də göstərilməlidir.
1 sentyabr tarixində Tsereteli sakini Laşa Nadiradze Facebook
səhifəsində krandan axan və alınma suyu müqayisə etdiyi video
paylaşmışdı. Krandan gələn qəhvəyi rəngli su alınmış sudan çox
fərqlənirdi.
Tsereteli sakinləri içməli su problemi haqqında Kvemo Kartli
qubernatoru ilə görüşdə də danışıblar. 4 sentyabr tarixində
Tsereteli sakinləri ilə görüşdə qubernatorla bərabər Marneuli
merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze də iştirak
edirdi. Tabatadze dedi ki, Tseretelidə içməli su boruları dağılıb
və su da məhz buna görə çirklidir.
5 sentyabr tarixində biz “Soptskali” MMC-nin (“Kənd suları”)
direktoru Nəbi Abdullayevlə əlaqə saxladı. O, bildirdi ki,
Tseretelidə içməli su problemi artıq həll olunub. Lakin aydın oldu
ki, sakinlər yenə də çirkli su içməyə məcburdurlar.
Milli Ərzaq Agentliyi içməli suyun monitorinqini dövri olaraq
həyata keçirir. Agentliyin nümayəndəsinin bizimlə söhbəti zamanı
bildirdiyinə görə, əgər vətəndaş 15 01 nömrəli qaynar xəttə zəng
vursaydı, agentliyin nümayəndələri suyu yenidən yoxlayardılar və
müvafiq ölçü götürərdilər. Lakin hələlik Tsereteli kəndində suyun
vəziyyəti ilə bağlı əlavə şərh verə bilmirlər.