Çanaxcı ictimai məktəbi xüsusi müəllim vəzifəsinə vakansiya elan etdi

Bu gün, 27 sentyabr tarixində aydın oldu ki, Marneuli bələdiyyəsinin Çanaxçı ictimai məktəbi xüsusi müəllimin qəbulu üçün vakansiya elan edib.


Məktəbin direktoru Manana Manukyan rəsmi olaraq müsahibə verməkdən imtina etdi və bu məsələ ilə bağlı heç bir məlumat bvermədi.

Direktor – “Orada hər şey var, son müddət nə vaxtdır, hər şey var. Sizin üçün
nə fərqi var”
.
Tiko – “Vakansiya nə zaman elan olunub?”
Direktor – “Vacibdir?”
Tiko – “Bəli, çünki bu mövzu ilə maraqlanırıq”.
Direktor – “Bu artıq müsahibədir. Razılıq olmadan heç bir müsahibə olmaz”.

Biz məlumatı müəllim vakansiyalarının yayımlandığı veb səhifədə yoxladıq. Aydın oldu ki, elan “Marneuli” radiosunun efirində mövzu ilə bağlı hazırlanmış süjet efirə getdikdən sonra bu gün, 27 sentyabr tarixində elan olunub. 25 sentyabr tarixində iki ildir ki, xüsusi müəllimləri olmayan və xüsusi təhsil ehtiyacı olan bacı-qardaş haqqında sizlərə məlumat vermişdik. Onlar Çanaxçı kənd məktəbiniin ikinci sinif şagirdləridirlər. Həmin vaxt məktəb direktoru bildirmişdi ki, xüsusi müəllim tələbi ilə nazirliyə bir neçə dəfə müraciət edib.

“Marneuli” radiosu isə aydınlaşdırmışdı ki, xüsusi müəllim məktəb müdiriyyətinin özü tərəfindən seçilməlidir.

Çanaxçı məktəbində xüsusi müəllim vəzifəsində çalışmaq arzusunda olanlar 11 oktyabr tarixinədək sənəd verə bilərlər.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər