Ticarət obyektlərində polietilen torbalara məhdudiyyət köhnə torbalar qurtardıqdan sonra tətbiq olunacaq


Polietilen torbaların istehsalı və satışına görə cəza tətbiq olunacaq. Qadağa hələlik qalınlığı 15 mikrondan az olan polietilen torbalara tətbiq olunacaq, 1 aprel 2019-cu ildən etibarən isə istənilən qalınlıqda polietilen torbaların istehsalı, idxalı və satışı qadağan olunacaq.

“Marneuli” radiosu olaraq ticarət obyektlərinin yeni qaydaya nə dərəcədə hazır olub olmadıqları ilə maraqlandıq. Təxminən 10-dək mağazada olduq. Satıcıların əksəriyyəti
bildirir ki, yeni qanun haqqında məlumatları var, lakin yenə də polietilen torbalardan istifadə edirlər. Deyirlər ki, qalınlığı 15 mikrondan artıq olan polietilen torbaları haradan alacaqlarını bilmirlər. Bəziləri isə qanundan xəbəri olmadığını bildirdi.



Mağazalara nəzarət yerli özünüidarəyə həvalə olunur. Marneuli meriyasında bildirirlər ki, hələlik işlərə başlamayıblar və tövsiyə məktubunu gözləyirlər. Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, yeni qaydalara nəzarət mərhələli şəkildə həyata keçiriləcək. Bələdiyyələrlə yenə görüş və təlimlərin keçirilməsi planlaşdırılır.

“Müəyyən təlimlərdən keçməlidirlər. Necə yoxlamalıdırlar, nə qeyd olunmalıdır, belə xırdalıqları öyrənməlidirlər. Baxmayaraq ki, bu qanun hazırlanarkən bütün bələdiyyələrdə görüş keçiriblər və təlimlər keçiblər, özünüidarədə şəxslərin dəyişikliyi tez-tez baş verdiyi üçün yenə belə təlimlər keçməyi planlaşdırılar” – dedi ekspert.

br />
Polietilen torbaları qalınlığına görə necə fərqləndirə biləcəyimizlə bağlı suala cavab olaraq Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, gömrük və yerli istehsalda ciddi nəzarət olunacağı üçün istehlakçı başqa cür torba ala bilməyəcək.

“Gömrükdə artıq bu qəti şəkildə müəyyənləşib. 1 oktyabrdan 15 mikrondan az olanlar artıq idxal olunmur. Buradakı istehsalçılar yoxlanılır. Onlar da 15 mikrondan az torba istehsal edə bilməyəcəklər. Əldə olan torbalar satılıb qurtardıqdan sonra, başqa cür torba artıq satılmayacaq. Nə idxal olunacaq, nə də istehsal ediləcək”
– dedi ekspert.



Yeni qaydalar oktyabrdan qüvvəyə minib. Qeyd olunmalıdır ki, qaydaların pozulmasına görə istehsalçı subyekt müvafiq məhsullar da müsadirə olunmaqla 500 lari həcmində cərimə olunacaq. Qayda pozuntusunun təkrarlanması halında isə müvafiq məhsullar da müsadirə olunmaqla cərimənin miqdarı 1000 lari olacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər