Marneuli bələdiyyəsinin Algeti kəndində uşaq bağçası bazar
ertəsindən etibarən fəaliyyətə başlayacaq.
Məktəbəqədər tədris müəssisəsi artıq iki ildir ki tikilib. Tədris
isə daxili dizaynı qaydaya salınmadığından bu günədək başlamamışdı.
Yerli sakinlər uşaqları Marneulidəki bağçalara gətirməli olurdular
ki, bu da onlara elə də ucuz başa gəlmirdi.
Algeti uşaq bağçasının müdiri vəzifəsinə Marneuli bələdiyyəsinin
İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Turac
İbrahimova təyin
olunub. Dəfələrlə zəng vurmağımıza baxmayaraq onunla əlaqə yaratmaq
mümkün olmadı.
Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi
ki, Algeti uşaq bağçasında ümumilikdə 240 uşaq qeydiyyatdan keçib,
bağça isə 180 nəfər üçün nəzərdə tutulub. Onun dediyinə görə bu
mərhələdə bağçaya 200 uşaq yerləşdiriləcək. 40 uşaq isə ehtiyatda
olacaq.
“Otaqlar böyükdür, masa, stul problemi yoxdur, yataq
problemi də yoxdur. 40 uşaq ehtiyatda olacaq, davamiyyəti pis olan
uşaqlar siyahıdan çıxarılacaq, ehtiyatdakı uşaqlardan əlavə
olunacaq” – dedi Zaur Kərəmov.
Algeti uşaq bağçasında 5 qrup mövcuddur. Hər qrupun isə öz
tərbiyəçisi və müəllimi var.