Marneuli meriası bu gün 5 oktyabr tarixində iş gününə elektrik enerjisi olmadan başladı
Marneulidə işıqlar qəza baş verməsi üzündən sönüb. “EnergoPro Georgia”dan verilən məlumata görə, elektrik enerjisinin verilməsi günün sonunadək bərpa olunacaq.

Marneuli meriyası bütün gün ərzində vətəndaşların elektron məktublarına cavab verə bilməyəcəklər, meriya və ya Bələdiyyə Məclisində planlaşdırılan görüşlər və iclaslar haqqında məlumat yayımlaya bilməyəcək və işıqların verilməsi bərpa olunanadək 90-cı illərə qayıtmalı olacaq.

Meriyanın generatoru sıradan çıxıb.
Yeni generatorun isə 2019-cu ildə alınması planlaşdırılır.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin dediyinə görə, generatorun alınması üçün 2018-ci ilin büdcəsində maliyyə ayrılmayıb, 2019-cu ildə isə yeni generator alınacaq, köhnə generator isə təmir ediləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər