Marneulili seçicilərlə prezidentliyə 25 namizəddən yalnız 3 işləyir

Prezident seçkilərinə 20 gün qalır. Marneulidə hələ cəmi iki prezidentlik namizədi gəlib.

“Avropalı Gürcüstan-Azadlıq üçün hərəkat”-ın prezidentliyə namizədi David Bakradze Marneulili seçicilərlə 11 sentyabrda görüşüb. Partiyanın Marneuli rayon təşkilatının rəhbəri Əhməd İmamquliyev bizimlə söhbəti zamanı dedi ki, Bakradze seçki qabağı dövrdə Marneulidə yenə qonaq olacaq, ona qədər isə seçicilərlə bütün məntəqələrdə görüşləri davam etdirəcəklər.

ong>“Nə qədər bacarsaq o qədər də məntəqələrə gedəcəyik. Ümumiyyətlə bizim planımız belədir ki, bütün seçicilərə qədər gedib çıxmalıyıq” – dedi Əhməd İmamquliyev.



Birləşmiş müxalifətin prezidentlik namizədi Qriqol Vaşadze Marneulilərlə iki dəfə görüş keçirib. Birləşmiş müxalifətin Marneuli qərargahının rəhbəri Aqil Mustafayevin sözlərinə görə, seçki qabağı görüşlər artıq 25-ə yaxın kənddə keçirilib.

“Bizim seçkiqabağı görüşlərimiz normal qaydada gedir. Qapı-qapı prinsipi ilə də görüş keçiririk. Hər gün demək olar ki, seçicilərlə ünsiyyət olur” – dedi Aqil Mustafayev.



Salome Zurabaşvili prezident seçkilərində müstəqil namizəd olaraq iştirak edir. Amma “Gürcü arzusu” partiyası onu dəstəklədiyini bildirib. Zurabaşvilinin PR xidmətinin nümayəndələrinin dediyinə görə, namizəd Marneuliyə 10 oktyabrda gəlməyi planlaşdırır. Salome Zurabaşvilinin seçki qərargahının rəhbəri Kaxa Samxaradze gedən seçki qabağı təbliğat prosesi haqqında danışdı.

“Nəinki Marneulidə bütün Gürücstanda seçicilərlə görüşlər keçirilir. Bütün bələdiyyələrə gedirik. Sakit şəkildə seçkiqabağı təbliğat aparılır” – dedi Kaxa Samxaradze.



Zurabaşvilidən fərqli olaraq Şalva Natelaşvili Marneuliyə səfər planlaşdırmır. Natelaşvili dünən, 7 oktyabrda etnik azlıqların məskunlaşdığı regionun nümayəndələri ilə baş tutan görüşdə qeyd edib ki, Samtsxe-Cavaxetiya və Kvemo Kartlidə yaşayan etnik azlıqların nümayəndələri bütün seçkilərdə qeydlər qonşu ölkələrdən Ermənistandan və Azərbaycandan gözləyirlər və bu regionlarda seçki qabağı təbliğatın mənası yoxdur.

Prezidentliyə namizədlər kimi 28 oktyabrda baş tutacaq seçkilərə seçicilər də hazırlaşır. Bizimlə söhbət zamanı əhali bildirdi ki, seçkilərə gedirlər, amma bəziləri hələ də seçimini etməyib.



Gürcüstan prezident seçkilərində 2018-ci ilin 28 oktyabrında 25 namizəd mübarizə aparacaq. Gürcüstan vətəndaşları bu il prezidenti sonuncu dəfə seçirlər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər