Xəta
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/09/12/7fcf3627496ce224458a36d4e8f05639.jpg" not exists.

Marneuli meriyası yenə qanunu pozdu
Marneuli meriyası Gürcüstanın ümumi inzibati məcəlləsini bir daha pozub. 3 oktyabrda "Marneuli" Radiosunun jurnalisti Marneuli meriyasına məktubla müraciət etdi ki, Marneulidə olan zibilliklərin infrastrukturu necədir və neçə dənə qeyri-leqal zibillik var. Şəhər və kəndlərdən zibilin daşınması necə həyata keçirilir və.s. kimi məsələləri aydınlaşdırsın.

Gürcüstan ümumi inzibati məcəlləsinin 40-cı maddəsinə əsasən ictimai müəssisə bu halda Marneuli meriyası
ictimai məlumatı dərhal və ya əgər məlumatın axtarılması üçün vaxt lazım olarsa 10 gün ərzində cavab verməlidir. İşlər çox vaxt tələb edərsə meriya 10 günlük vaxtı uzada da bilər ancaq bu haqda ərizə verən şəxs bildirməlidir.

"Marneuli" Radiosu artıq 11-ci gündür ki, meriyadan ictimai məlumata cavab gözləyir. Onlar bizə 10 günlük vaxtı uzatmaq istədiklərinə dair xəbərdarlıq etməyiblər.

Dünən, 16 oktyabrda biz Marneuli meriyasının işgüzarlıq və vətəndaşlara xidmət şöbəsinin rəhbəri Maka Darbaidze ilə əlaqə saxladıq. O, bildirdi ki, bizim tərəfimizdən tələb olunan ictimai məlumat geniş həcmlidir və güman ki, meriyaya cavab vermək üçün bir aylıq vaxt lazım olacaq. Amma bu haqda bizə rəsmi məktub göndərməyiblər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər