“Bunun üçün vaxtım var? Bu boyda rayonun qayğısına qalmaqdan başım gicəllənib” – Zaur Tabatadzenin "Marneuli" radiopsunun sualına cavabı

“Bunun üçün vaxtım var? Bu boyda rayonun qayğısına qalmaqdan başım gicəllənib” – Marneuli merinin səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadzenin gənclər üçün bəəldiyyə xidmətləri ilə bağlı sualımıza cavabı belə oldu.


Marneuli meriyası bu gün, 22 oktyabr tarixində Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneuli merinin səlahiyyətlərini yerinə yetirən Zaur Tabatadzenin Marneuli İctimai Kollecinin tələbələri ilə görüşməsi barədə
məlumat yayımlayıb. Meriya tərəfindən yayımlanan məlumatda qeyd olunub ki, Tabatadze tələbələri gənclərlə bağlı bələdiyyə xidmətləri və imkanlarla tanış edib.

Marneuli meri səlahiyyətlərinin icraçısının Marneuli gəncləri və “Marneuli” radiosu üçün ayıracaq vaxtı yoxdur. Tabatadze bizi Marneuli bələdiyyəsinin Təhsil, Mədəniyyət, İdman və Gənclər Şöbəsinə yönləndirdi.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze bildirdi ki, bu günə qədər bələdiyyə gənclər üçün çox tədbir keçirib və onlar tərəfindən həyata keçirilmiş işlər kifayət qədər çoxdur. Buna görə də Xaçidze mer vəzifəsinin icraçısının tələbələrə görüşdə gənclər istiqamətində barəsində söhbət açdığı hansı xidmətlərin olduğunu öyrənmək məqsədilə rəsmi məktub yazmağımızı məsləhət gördü.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər