Ərzaq Təhlükəsizliyi Agentliyi Tsereteli kəndinin sakinlərini
içməli suyu içməzdən əvvəl qaynatmağa çağırır.
Ərzaq Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə daxil olan zəng
nəticəsində agentlik 4 oktyabr tarixində Tsereteli kəndində içməli
sudan nümunə götürüblər. Nümunənin laboratoriya analizi nəticəsində
müəyyən olundu ki, Tseretelidə içməli su Gürcüstan hökumətinin
“İçməli suyun texniki reqlamenti haqqında” qətnaməsinə uyğun
deyil.
Ərzaq Təhlükəsizliyi Agentliyinin Kvemo Kartli
Regional İdarəsinin
rəhbəri Miranqula Lipartelianinin dediyinə görə, Tseretelidə içməli
suyun mikrobioloji göstəriciləri reqlamentə uyğun deyil.
“Texniki reqlament pozulub, konkret olaraq mikrobioloji
göstəricilərdə uyğunsuzluq var. Sakinləri bu problem aradan
qaldırılanadək alternativ sudan istifadə etsinlər və ya qaynadılmış
su içsinlər” - dedi Miranqula Liparteliani.
Miranqula Liparteliani deyir ki, bu tip uyğunsuzluq insan həyatı
üçün yüksək risk təşkil etmir. Milli Ərzaq Agentliyi Marneuli kənd
suları idarəsinə artıq bu barədə məlumat verib.
“Marneuli kənd suları”nın direktoru Nəbi Abdullayev bütün gün
ərzində “Marneuli” radiosunun zənglərinə cavab vermədi, buna görə
də bu problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil.
Problem həll olunanadək isə Tsereteli sakinləri suyu içməzdən əvvəl
qaynatmalı olacaqlar.