Marneuli Meriyasının nəzarət xidmərinin rəhbəri David Quduşauri
seçki banerinin sökülməsinin səbəbini "Marneuli" Radiosunun
jurnalistinə deməyib.
O, yazılı müraciə tələb etdi ki, meriya nümayəndələri hüquqi olaraq
əsaslandırılmış cavab versinlər.
Meriya nümayəndələri rəsmi məktubla müraciət etməyi və müvafiq
olaraq 10 günlük gözləntini bu gün, 23 oktyabrda baş verən
hadisələrlə bağlı tələb etdi.
Qriqol Vaşadzenin sökülmüş banerləri mövzusu seçkidən sonra da
aktual mövzu olacaqmı bunu 10 iş günündən
sonra biləcəyik. Ona
qədər isə Marneuli meriyasının nəzarət xidmətinin prezidentliyə
namizədin seçki banerlərini niyə sökməsi bizim üçün naməlum olaraq
qalır.
Xatırladaq ki, bu gün,
23
oktyabrda Birləşmiş Müxalifət “Güc Birlikdədir”in prezidentlik
namizədi Qriqol Vaşadzenin seçki banerlərini Marneulidə Rustaveli
küçəsində yerləşən üç saylı məktəbin ətraf ərazisindən
söküblər.
Gürcüstanda Prezident seçkiləri 28 oktyabrda keçiriləcək.