"ONE CAUCASUS" festivalı yenidən Marneuliyə qayıda bilər

"One Caucasus" festivalı yenidən Marneuliyə qayıda bilər. Bu haqda məlumatı festivalın təşkilatçısı Vitek Hebanovski verib və qeyd edib ki, Gürcüstana səfəri tədbirin təşkilatçılıq məsəslələri ilə bağlıdır.

Onlar artıq Kvemo Kartlinin quberniyasında görüş keçiriblər.

Qubernator Şota Rexviaşvilinin izahatına görə bölgə administrasiyası maksimum dərəcədə festivalın uğurlu keçməsini təmin edəcək. Bütün təşkilatçılıq məsələlərinə qoşulacaq. Festival nümayəndələri bu gün Marneulinin mer
vəzifəsini yerinə yetirən şəxslər görüşüblər.

"İlk növbədə istəyirəm qeyd edim ki, Vahid Qafqaz festivalının keçirilməsi yerli hakimiyyətin qoşulmasından kənar təsəvvür edilməzdir. İstəyirik ki, festival gələn il Marneulidə keçirilsin. Əmin olaraq deyə bilərəm ki, bizim ən sevimli yerlərimizdən biri məhs Tserakvidir. Görək nə qərar qəbul edəcəklər. Bizim Marneuli merinin vəzifəsini yerinə yetirən Zaur Tabatadze ilə yaxşı söhbətimiz oldu" - deyir Vitek Hebanovski.

Qeyd edilməlidir ki, Vahid Qafqaz festivalı üç plkənin sərhəddində Marneuli bələdiyyəsinin Tserakvi kəndində 4 il ərzində keçirilirdi. Layihədə işyitak etmək üçün musiqiçilər və könüllülər müxtəlif ölkələrdən gəlirdilər. Onlar bir növ festival şəhərciyi düzəldirdilər.

Belə Marneulilər və Cənubi Qafqazda yaşayan xalqların öz məkanı yaranırdı və dörd gün birgə vaxt keçirirdilər. Gənclər musiqi dinləyir, ailələri ilə birgə dincəlir və qonşuların mədəniyyəti ilə tanış olurdular. Bu yeganə geniş miqyaslı tədbir Marneuli meriyasının imtinasından sonra Bolnisidə keçirildi.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər