Məktəbəqədər təhsil mərkəzlərində, uşaq bağçalarında və iaşə obyektlərində üzvi tullantılar üçün zibil qabları qoyulacaq
Məktəbəqədər təhsil mərkəzlərində, uşaq bağçalarında və iaşə obyektlərində üzvi tullantılar üçün zibil qabları qoyulacaq.
Marneuli “Üzvi Tullantıların Emalı Müəssisəsi”nə 30 zibil qutusu verilib.

Zibil qutuları əsasən məktəbəqədər təhsil mərkəzlərində, uşaq bağçalarında, iaşə obyektlərində və pilot variant olaraq Rustaveli küçəsində yerləşən çoxmərtəbəli binalardan birində qoyulacaq.

Marneuli “Üzvi Tullantıların Emalı Müəssisəsi”nin rəhbəri İrakli Burnadzenin bildirdiyinə görə, zibil qutuları üzvi tullantılar üçün nəzərdə tutulacaq.

“Bu qablara yalnız üzvi tullantılar atılacaq. Hansı növ tullantıların atıla biləcəyi üzərinə yazılacaq və düşünürük ki, bununla da sakinlərin tullantıları çeşidləməsi daha da asanlaşacaq” - dedi İrakli Burnadze.

Burnadze deyir ki, hər bir qabın həcmi 1 ton 100 kiloqramdır. Hal-hazırda “Üzvi Tullantıların Emalı Müəssisəsi” üzərində hansı növ tullantıların atıla biləcəyi yazılmış olan xüsusi etiketlərin gəlməsini gözləyir. Bundan sonra isə zibil qabları seçilmiş ərazilərə yerləşdiriləcək.

Zibil
qutuları “Üzvi Tullantıların Emalı Müəssisəsi”nə Avropa İttifaqı Fondu layihəsi çərçivəsində verilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər