Ayrı-seçkilik əleyhinə qanunvericilik haqqında təlimlərə silsiləsi Marneulidən başladı
Ayrı-seçkilik əleyhinə qanunvericilik haqqında təlimlərə bu gün, 24 oktyabr tarixində start verildi. Ədliyyə Tədris Mərkəzində pulsuz təlimlər bütün Gürcüstan miqyasında böyük şəhərlərdə və etnik azlıqların məskunlaşdığı bölgə mərkəzlərində keçiriləcək. Təlimin məqsədi ayrı-seçkilik əleyhinə qanunvericilik haqqında vətəndaşların məlumatlandırılması və ayrı-seçkilik istiqamətində cəmiyyətin həssaslığının artırılmasıdır.

Ədliyyə Tədris Mərkəzinin təlimçisi və koordinatoru Ana Vaşalomidzenin dediyinə görə, təlimlərdə iştirak etmək üçün üstünlük dövlət
məmurlarına veriləcək.

“İştirak etmək üçün üstünlük mülki sektorda çalışan şəxslərə veriləcək, həmçinin təlimlərdə iştirak etmək istəyənlər də iştirak edə bilərlər. Təlimlərdə iştirak etmək pulsuzdur və ilk 20 ərizəçi seçilib”
– Ana Vaşalomidze bildirdi.

Ədliyyə Tədris Mərkəzinin təlimçisi Şəlalə Əmircanovanın dediyinə görə, Ədliyyə Tədris Mərkəzi tez-tez belə təlimlər keçirir.

"Ədliyyə Nazirliyinin təlim mərkəzi 1-ci dəfə deyil ki, bu növ təlimlər keçirir. Bu artıq bir neçənci etabdır. Bu səfər ki, mövzumuz ayrı seçkilik qanunvericiliyi haqqındadır. Gürcüstanda qəbul edilən qanunvericiliklər və bu sahədə pulsuz təlimlər keçirilir" - dedi Şəlalə Əmircanova.

Təlimlər bu gün, 24 oktyabr tarixində başladı və 30 noyabradək davam edəcək.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər