Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məktəb
müəllimlərinə və direktorlarına təzyiq ehtimalı və məcbur etmə
faktını təkzib edir.
“Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti” (ISFED)
2018-ci il prezident seçkilərinin seçkiöncəsi monitorinqinin 3-cü
ara hesabatını yayımlayıb.
ISFED-in hesabatına görə, Marneulidə seçicilərə təzyiq və məcbur
etmə faktı aşkarlanıb.
“Marneulidə “Ədalətli Seçkilər”dən anonimliyinin
qorunmasını istəyən bir nəfər pedaqoqun dediyinə görə, Marneuli
Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov məktəb direktorlarına və
müəllimlərə “Gürcü Arzusu”nun dəstəklədiyi namizəd Salome
Zurabişvili üçün çalışmalarını və seçki günü dəstəkçilərini seçki
məntəqələrinə gətirməyi tapşırıb. Pedaqoqun dediyinə görə, əks
halda onları işdən çıxarmaqla hədələyirlər” –
hesabatda yazılıb.