Prezident seçkilərinə 3 gün qalır. Biz “Avropalı Gürcüstan”
partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyevlə
əlaqə saxladıq
və ondan Davit Bakradzenin namizədliyini dəstəkləməsi üçün 5 səbəb
göstərməsini xahiş etdik.
- “Gürcüstanda ən güclü
siyasətçidir, beynəlxalq səviyyədə qəbul edilən
diplomatdır”.
- “Hər kəs üçün məqbul
şəxsdir, istər digər müxalif partiya üçün, istərsə də hakimiyyət
üçün. Gürcüstanda illər ərzində Gürcüstanın qayğısına qalmış ən
güclü və ən ağıllı adamdır.”
- “Xalq Bakradzeni ona görə
dəstəkləməlidir ki, srağagün Gürcüstanda “boz kardinallığı” etiraf
etmiş şəxsə imkan verilməsin. Cənab Bidzina İvanişviliya imkan
verilməsin ki, ölkəni istədiyi kimi idarə etsin. Çünki xanım Salome
Zurabişvili Bidzina İvanişvilinin “marionetkasıdır”.
- “Bakradzeni ona görə
dəstəkləməliyik ki, onun komandasında cənab Qiqi Uqulava, cənab
Qiqa Bokeria və s. kimi şəxsiyyətlər var. Bakradzenin komandası
Gürcüstanda bugünkü vəziyyəti iqtisadi və beynəlxalq istiqamətdə
yaxşı tərəfə dəyişə biləcək siyasi cəhətdən ən güclü
komandadır.”
- “Cənab Davit Bakradze
Gürcüstanda qisasın, siyasi mövqeyin gah o tərəfə, gah bu tərəfə
meyllənmənin sona çatdırılmasını və Gürcüstanda hər bir kəsin
siyasi gələcəyi olmasını arzulayan şəxsdir. Bakradze qisas üçün
gəlmir. Bakradzenin ideyası ölkəmizin xalqını
birləşdirməkdir.”
Davit Bakradze prezident seçkilərində “Avropalı Gürcüstan”
partiyasının namizədidir.