İSFED: Ruslan Hacıyev Marneulidə majoritar deputatın ofisindən Salome Zurabişvilinin qərargahı kimi istifadə edir
“Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyəti” (ISFED) qeyri-hökumət təşkilatı 2018-ci il prezident seçkilərin seçkiöncəsi monitorinqinin 3-cü ara hesabatını yayımlayıb.
“Ədalətli Seçkilər”in hesabatında qeyd olunub ki, Marneulidə təbliğat materiallarına zərər vurulması faktları aşkarlanıb.

Təbliğat materiallarına zərər vurulması barədə “Avropalı Gürcüstan” və “Milli Hərəkat” partiyalarında da söhbət açırlar.

“Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev
və “Vahid Milli Hərəkat”ın Marneuli ofisinin rəhbəri Aqil Mustafayevin dediyinə görə, şəhərin müxtəlif yerlərində yerləşdirilmiş təbliğat banerləri sökülüb”
– ISFED-in hesabatında yazılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər