İSFED: Marneulidə təbliğat materialına zərər vurulması faktı aşkarlanıb
QHT “Ədalətli seçkilər və beynəlxalq demokratiya cəmiyyəti” (İSFED) 2018-ci ilin prezident seçkilərinin seçki qabağı monitorinqinin III ortalama hesabatını yayımlayıb. “Ədalətli seçkilərin” hesabatına əsasən Marneulidə seçki qabağı dövrdə administrativ resursdan istifadə faktları aşkarlanıb.

Administrativ resursdan istifadə faktı Marneulidə deputat Ruslan Hacıyevin qərargahında və Kirovka kəndinin ictimai məktəbində qeydə alınıb.

“Marneulinin Gürcüstan parlamentində majoritar deputatı Ruslan Hacıyev majoritar deputat
ofisindən Marneulidə Salome Zurabişvilinin seçki qərargahı kimi istifadə edir. Onun ofisində Salome Zurabişvilinin təbliğatı məqsədi ilə gənclərlə və başqa vətəndaşlarla görüşlər keçirilir. Bundan əlavə ofisin əməkdaşları Ruslan Hacıyevlə birgə Marneulinin kəndlərinə gedirlər və təbliğat görüşlərində iştirak edirlər. Ruslan Hacıyevin bürosunda 6 adam çalışır. Marneuli bələdiyyəsinin Kirovka kəndinin ictimai məktəbinin direktoru Xazeyin Məmmədov məktəb divarlarına Salome Zurabişvilinin təbliğat plakatlarını vurub”
– yazılıb “Ədalətli seçkilərin” hesabatında.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər