Birləşmiş müxalifət üzvləri Marneulidə etiraz yürüşü keçiriblər
Birləşmiş müxalifət “Güc Birlikdədir” hərəkatı bu gün, 25 oktyabr tarixində Marneulidə, Rustaveli küçəsində etiraz yürüşü keçirdi.
Hərəkatın üzvləri Marneuli küçələrindən Qriqol Vaşadzenin banerlərinin sökülməsinə etiraz edirdilər.

Xatırladırıq ki, 23 oktyabr tarixində Marneulidə, Rustaveli küçəsində, 3 saylı ictimai məktəbin qarşısında prezidentliyə namizəd Qriqol Vaşadzenin banerlərini
sökmüşdülər. Marneuli meriyasının Nəzarət Xidmətinin rəhbəri Davit Ğuduşauri “Marneuli” radiosuna banerlərin sökülmə səbəbini açıqlamağı istəmədi və hüquqi cəhətdən əsaslandırılmış cavab üçün rəsmi məktubla müraciət etməyi tələb etdi.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər