Birləşmiş Müxalifət “Güc Birlikdədir”in üzvləri bu gün, 25
oktyabrda prezidentliyə namizəd Qriqol Vaşadzenin seçki
plakatlarının sökülməsinə etiraz ediblər.
Vaşadzenin iki baneri Rustaveli küçəsində üç saylı məktəbin qarşı
tərəfində qaz borusuna vurulubmuş. Nəzarət xidməti 23 oktyabrda
plakatları söküb, ancaq bunun səbəbinin nə olması sualı ilə bağlı
bizdən yazılı müraciət tələb etdilər.
Etiraz yürüşündən sonra, saat 21:45-də Marneuli
meriyasının
Facebook səhifəsində mer vəzifəsini yerinə yetirən Zaur Tabatadze
baş vermiş faktla bağlı izahat verib.
“Seçkiqabağı kampaniya olduqca demokratik şəkildə
gedir. Heç bir partiyanın qanunla yolverilən yerlərdə banerlərinin
asılması ilə bağlı məhdudiyyəti yoxdur. Bu konkret halda seçki
məcəlləsinin 46-cı maddəsi pozulub. Eləcə də inzibati məcəllənin
150-ci maddəsi, hökumət sərəncamının 57-ci maddəsinin müxtəlif
tələbləri pozulub” - bildirir Zaur Tabatadze.
Seçki məcəlləsinin 46-cı maddəsində seçki təbliğatı materialının
yerləşdirilməsi prinsipləri müəyyən edilib:
1. Təbliğat materialı tikili və başqa obyektlərdə onların
sahiblərinin razılığı olan halda sərgilənə bilər.
2. Təbliğat materialının dini tikililərdə, mədəni miras
tikililərində, dövlət hakimiyyəti və yerli zünüidarəetmə
orqanlarının, məhkəmələrin, prokurorluqların, hərbi komponentlərin,
polisin, Gürcüstan Dövlət Təhlükəsizlik və Kəşfiyyat xidmətlərinin
və dövlət müdafiəsinin xüsusi xidmətinin şöbə binalarının interyer
və eksteryerində, eləcə də yol işarələrində
yerləşdirmək/yapışdırmaq qadağandır.
3. Seçkilərlər bağlı hər hansı məsələyə dair totalizatorun
istifadəsi qadağandır.
4. Yerli özünüidarəetmə orqanları bu maddənin 2-ci bəndini nəzərə
alaraq seçki təbliğat materiallarının yerləşdirilməsinin qadağan
olnduğu tikililər siyahısını müəyyən etməlidirlər. Eləcə də
yerlərin təyin edilməsini müəyyənləşdirməli və təbliğat materialını
yapışdırmaq üçün stendlər qoymalıdırlar. Tend elə ölçüdə olmalıdır
ki, təbliğat materialının sərgilənməsi zamanı bütün seçki
subyektləri bərabər şərtlərlər təmin olunsunlar.
İnzibati məcəllənin 150-ci maddəsi isə özünüidarə vahidinin
görünüşünün saxlanılmasından danışır.
1. Özünüidarə vahidinin görünüşünün özbaşına dəyişdirilməsi,
həmçinin, tikilinin rənginin dəyişdirilməsi – 200 lari dəyərində
cəriməyə səbəb olacaq.
2. Həmin hərəkət “Mədəni miras haqqında” Gürcüstan qanunu ilə təyin
edilmiş mədəni mirası qoruyan ərazidə törədilərsə 5 000 lari
dəyərində cəriməyə səbəb olacaq. (8.05.2007 N4713)
3. Havalandırma sisteminin, bankomatın, yuma qurudulma, döngələrin,
daxılların və ya başqa yüngül qurğuların özbaşına montajı və ya
yerləşdirilmədi – fiziki şəxs üçün 500 lari, hüquqi şəxs üçün 1000
lari dəyərində cəriməyə səbəb olacaq.
4. Həmin hərəkət “Mədəni miras haqqında” Gürcüstan qanunu ilə təyin
edilmiş mədəni mirası qoruyan ərazidə törədilərsə 5 000 lari
dəyərində cəriməyə səbəb olacaq. (8.05.2007 N4713)
5. Bu maddə ilə nəzərdə tutulmuş pozuntunun cərimələnmədən 20 gün
ərzində düzəldilməməsi – 1500 lari dəyərində cəriməyə səbəb
olacaq.
Hökumət sərəncamının 57-ci maddəsində tikinti icazəsinin qüvvədə
olması müddətinin davam etdirilməsi və tikintiyə yeni icazənin
verilməsi haqqında danışılır.
1. Tikinti üçün icazənin qüvvədə olması müddətinin davam
etdirilməsi o halda mümkündür ki, tikinti obyektində bu sərəncama
əsasən tikinti üçün yeni icazəyə ehtiyac duyulacaq işlər həyata
keçirilməyib.
2. Tikintinin icazəsinin qüvvədə olması müddətinin uzadılması üçün
sifariş verən və ya onun nümayəndəsi tikinti icazəsinin qüvvədə
olması müddəti keçənə qədər yazılı şəkildə tikinti icazəsi verən
müvafiq iznibati orqana tikinti üçün icazənin qüvvədə olma
müddətinin uzadılması haqqında müraciət etməlidir. Müraciətlə birgə
qalan işlərin tikinti təşkilatçılığı layihəsi və tikintinin bitməsi
üçün tələb olunan düşünülmüş müddət təqdim olunmalıdır.
3. Tikinti üçün icazənin qüvvədə olma müddətinin uzadılması zamanı
tikintiyə icazə verən müvafiq inzibati orqan Gürcüstanın ümumi
inzibati məcəlləsinin 63-cü maddəsinin tələblərinə əsasən, icazə
verilməsi haqqında inzibati-hüquqi aktda tikintinin başa çatması
tarixinin dəyişdirilməsi haqqında qərar qəbul edir. Buna əsasən
icazə sənədinə dəyişiklik daxil olur.
4. Əgər sifariş verən və ya onun nümayəndəsi tikinti icazəsini
verən müvafiq inzibati orqana tikinti icazəsinin qüvvədə olan
müddətinin keçməsindən sonra ərizə ilə müraciət edərsə tikinti
icazəsinin qüvvədə olma müddətinin uzadılması yolverilməzdir. Belə
halda tikintiyə dair yeni icazə almaq lazımdır.
5. Sifariş verən və ya onun nümayəndəsi bu maddənin 4-cü bəndi ilə
nəzərdə tutulmuş ərizəyə qalan işlərin tikinti təşkilatçılığı
layihəsini, tikintini bitirmək üçün tələb olunan düşünülmüş müddəti
və tikinti icazəsi almaq üçün ödənilmiş məbləğin yeni qəbzini
təqdim etməlidir.
6. Tikintiyə yeni icazə verilən zaman tikinti icazəsi verən müvafiq
inzibati orqan Gürcüstanın ümumi inzibati məcəlləsinə uyğun olaraq
və bu sərəncamla müəyyən edilmiş qaydaya əsasən tikintiyə icazə
verəcək.
7. Tikinti sənədinin pozulması halında tikintiyə yeni icazə
sərəncamın 63-cü maddəsinə əsasən veriləcək.
“Birləşmiş Müxalifət” sadalanan maddələrə uyğun olaraq hansı
bəndləri pozub mer vəzifəsini yerinə yetirən bunu konkret qeyd
etməyib.
Mövzu ilə bağlı digər
xəbərlər:
Birləşmiş müxalifət üzvləri Marneulidə etiraz yürüşü keçiriblər
Qriqol Vaşadzenin
banerlərinin sökülməsi səbəbini nəzarət xidməti əsaslandıra bilmir
və yazılı müraciət tələb edir
Marneulidə Qriqol
Vaşadzenin banerlərini söküblər