“Mədəniyyət Mərkəzi” erkən evlilik haqqında məlumatlandırma kampaniyası keçirəcək
Bu gün, 26 oktyabrda Marneuli miqyasında erkən evlilik və onun əks təsirləri haqqında məlumatlandırma kampaniyası keçiriləcək. Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş kampaniya çərçivəsində bu gün Marneulilərlə Xalq Müdafiəçisinin nümayəndəsi görüşəcək.

Foto sərgi baş tutacaq və “Airdzinaği” tamaşasının premyerası olacaq. Kampaniya çərçivəsində 26 oktyabrda saat 17:00-18:00-da Marneuli ictimai kitabxanasında “erkən evliliyin səbəbləri və nəticələri” mövzusunda görüş
baş tutacaq. Görüşü Xalq Müdafiəçisinin Kvemo Kartlidə gender ürə regional nümayəndəsi – Mari Qvidiani keçirəcək.

Görüşdə məktəb direktorları, şagirdlər, valideynlər, Marneuli bələdiyyəsinin gender şurasının üzvləri və başqa maraqlanan şəxslər iştirak edəcəklər. Saat 18:00-19:00-da Mədəniyyət Evinin foyesində foto sərgi keçiriləcək.

Fotoatelye Kela-nın fotolar seriyası erkən evlilik nəticəsində qızların düşdüyü reallığı əks etdirir. Saat 19:00-dan 20:00-da Mədəniyyət evinin səhnəsində rejissor Qoça Xviçia “Airdzinaği” tamaşasının premyerası (istəyə qarşı evlilik) baş tutacaq.

Alınmış təhsil hüququ, məhdudlaşdırılmış şəxsi inkişaf imkanları, sosial təcrid olunma, kasıblıq feminizasiyası, gender ayrıseçkiliyi və seksual zorakılıq qurbanı – kiçik qız ağır hekayə ilə - erkən evliliyin qurbanıdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər