Hacıyev dəqiq bilmir ki, majoritar ofisin əməkdaşları seçkiqabağı təbliğata qoşulublarmış ya yox
Ruslan Hacıyev Marneulidə majoritar deputat ofisindən Salome Zurabişvilinin seçki qərargahı kimi istifadə etdiyini inkar edir. Hacıyev bizimlə söhbəti zamanı dedi ki, o, dəqiq bilmir onun ofisinin əməkdaşları seçkiqabağı təbliğata qoşulublar ya yox.

“Bəlkə kimsə qoşulub dəqiq bilmirəm. Şəxsən mən parlament üzvü olaraq “Gürcü Arusunun” partiya üzvüyəm və mən görüşlərdə olmuşam. Ofisdə heç bir görüş yoxdur,
adi rejimdə çalışırıq.Ofisdə nə görüşü? Kiçik ofisdir, orada nə görüşü keçirəcəyik”
- deyir Ruslan Hacıyev.

Marneulinin majoritar deputatının qərargahında 6 nəfər çalışır. Onların Ruslan Hacıyevdən fərqli olaraq seçkiqabağı təbliğata qoşulmaq hüquqları yoxdur. Qanunla eləcə də inzibati resursdan, bu halda Ruslan Hcıyevin majoritar qərargahından seçki təbliğatı üçün istifadə etmək qadağandır.

Xatırladaq ki, QHT “Ədalətli Seçkilər və Demokratik beynəlxalq cəmiyyət” (İSFED) 2018-ci ilin prezident seçkilərinin seçkiqabağı monitorinqinin III orta dövründə hesabat yayımlayıb.

“Ədalətli seçkilərin” hesabatına əsasən Marneulidə seçki qabağı dövrdə administrativ resursdan istifadə faktları aşkarlanıb.
Administrativ resursdan istifadə faktı Marneulidə deputat Ruslan Hacıyevin qərargahında və Kirovka kəndinin ictimai məktəbində qeydə alınıb.

“Marneulinin Gürcüstan parlamentində majoritar deputatı Ruslan Hacıyev majoritar deputat ofisindən Marneulidə Salome Zurabişvilinin seçki qərargahı kimi istifadə edir. Onun ofisində Salome Zurabişvilinin təbliğatı məqsədi ilə gənclərlə və başqa vətəndaşlarla görüşlər keçirilir. Bundan əlavə ofisin əməkdaşları Ruslan Hacıyevlə birgə Marneulinin kəndlərinə gedirlər və təbliğat görüşlərində iştirak edirlər. Ruslan Hacıyevin bürosunda 6 adam çalışır. Marneuli bələdiyyəsinin Kirovka kəndinin ictimai məktəbinin direktoru Xazeyin Məmmədov məktəb divarlarına Salome Zurabişvilinin təbliğat plakatlarını vurub” – yazılıb “Ədalətli seçkilərin” hesabatında.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər