Küçə ticarətçiləri xəbərdarlıqlara baxmayaraq ərazini tərk etmirlər - meriyanın isə cavab üçün 10 günə ehtiyacı var
Süd məhsullarının vizual yoxlanması, temperatur rejiminin qorunmaması, antisanitariya, bu Marneuli bazarının ətraf ərazisində görünən əhali üçün təhlükə yaradan problemlərin natamam siyahısıdır. Marneuli bələdiyyə meriyasının cəhdinə baxmayaraq küçə ticarətinin qadağan olunması problemi bu gündə həll olunmayıb.



Marneuli bazarının ətraf ərazisində küçə ticarətçilərinin qurduğu daxıllar var və orada ən çox pendir, qatıq və xama satılır. Buradan hər gün yüzlərlər
maşın keçir və toz süd məhsullarına qonur.

Alıcılar isə çoxdur. Satıcılar isə bizimlə söhbət zamanı özlərinə haqq qazandırmalı olurlar.





Marneuli meriyasının küçə ticarətini həll etmək üçün hansı planları var? İndiyə kimi kimisə cərimləyəbilərmi və ya hansısa tədbir həyata keçirilibmi – bununla bağlı suallara şifahi cavab verməkdə çətinlik çəkirlər və rəsmi məktubla mürciət etməyimizi tələb edirlər. Buna dair isə 10 gün cavab gözləməliyik.

İnzibati xətalar məcəlləsinin 153-cü prima maddəsinə əsasən küçə ticarəti müvafiq icazədən kənar fiziki və ya hüquqi şəxslərə 20-dən 50-lariyə qədər cəriməyə səbəb olur. Həmin hərəkət hüquq mühafizə orqanının səlahiyyətli şəxsinin qanuni sərəncamına və ya tələbinə tabe olmaması ilə də əlaqədardır. Bu isə 50-dən 100 lariyə qədər cəriməyə səbəb olur və ya 7 günlük həbs cəzası tətbiq olunur.




Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər