Marneulidə oxatanlıq üçün təchizatlar 6400 lariyə alınıb
Marneuli bələdiyyəsinin idman məktəbi oxatanlıq seksiyası üçün təchizatları 6400 lariyə əldə edib. Təchizatların alınmasına qədər oxatanlıq seksiyası müxtəlif növ yarışlara çıxa bilmirmiş və yalnız qış oyunlarında iştirak edirmiş. 2018-ci ilin 22 oktyabrında bizimlə söhbəti zamanı Marneuli idman məktəbinin oxatanlıq üzrə seksiyasının məşqçisi Giorgi Qordeziani dedi ki, Marneulinin perspektivli idmançıları var, amma onlar müvafiq silahları olmadığına görə yarışlara çıxa bilmirlər.
Marneuli idman məktəbinə təchizat əldə etmək xahişi ilə 2018-ci ilin oktyabrında Gürcüstan Oxatanlar Federasiyasının prezidenti Xatuna Narimanidze müraciət edib.

“Qeyd etmək istəyirəm ki, (Marneulidə) oxatanlıq üçün möhtəşəm şərait və möhtəşəm yerlər var. Mənim Marneuli bələdiyyəsindən, bələdiyyə məclisindən xahişim odur ki, kömək etsinlər. Ləvazimatlar bahadır, yalnız ləvazimat problemi var. Marneulidə əminəm ki, gənclər çoxdur və gənc idmançılardan da istək olacaq” - deyir Xatuna Narimanidze.

Marneuli idman məktəbi oxatanlıq üzrə müvafiq təchizatın alınması ilə bağlı 2018-ci ilin noyabrında tender elan edib. Tenderdə yalnız bir şirkət “Oxatanlıq klubu Alina 96” MMC iştirak edib. Tenderə əsasən şirkət oxatan qanadlarını, oxatanın sapını, oxları, oxların qanadlarını, ox yerləşdirilən, oxların ucları, oxatan yerləşdirilən, döş nişanı, kliker, plunjer, ox rəfi, uzun ox amartizatoru, amartizatorun əlavələri, amortizator qoşan və nişangahlar almalı imiş.

Marneuli idman məktəbinin direktoru İaqo Naverianinin sözlərinə görə şirkət üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və ləvazimatları məktəbə 2018-ci ilin 31 dekabrına qədər təhvil verib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər