Kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihə
ideyalarını meriyaya da təqdim etmək mümkündür.
Yerli özünüidarə xüsusi formalar yayımlayıb və vətəndaşlar
ideyalarını meriyaya, inzibati vahidliklərdə merin nümayəndələrinə
və elektron poçt ünvanına -
CLOAKING
ə
göndərə bilərlər.
Bələdiyyənin veb-səhifəsində yayımlanmış məlumata görə, layihə
təklifləri 12 fevral tarixinə qədər qəbul olunacaq.
Marneuli bələdiyyəsinin inzibati vahidliklərində kəndə dəstək
proqramı çərçivəsində toplantılar/məsləhətlər 12 fevraldan 26
fevrala qədər keçiriləcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarında Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb.
Kəndlərə vəsait əhalinin sayına görə bölünüb. Hər kəndə ən az 10
000 lari, ən çox 20 000 lari nəzərdə tutulub.
Kəndə dəstək proqramı çərçivəsində yerli əhalinin qərarı ilə
müxtəlif layihələrin həyata keçirilməsi mümkün olacaq:
- İçməli su sistemləri (Həmçinin quyular, su kəmərləri,
baş tikililər, təmizləyici qurğular və s.);
- Suvarma sistemləri;
- Kanalizasiya arxları;
- Sahil bərkitmə işləri;
- Yollar və yolkənarı dayanacaqlar; Eləcə də səkilər və
digər yol infrastrukturu;
- Körpülər, keçidlər;
- Küçə işıqları;
- Məktəb ərazisinin abadlaşdırılması;
- Məktəbəqədər təhsil müəssisələri və müvafiq
inventar;
- Ambulatoriya binaları;
- Qəbiristanlıqların hasarlanması və
abadlaşdırılması;
- İdman infrastrukturu, meydançalar və meydançaların
inventarı;
- Müvafiq inventar ilə təchiz olunmuş parklar, həmçinin,
uşaq parkları, eləcə də istirahət məkanları,
ayaqyolu;
- Dəyirmanların və müvafiq inventarların
bərpası;
- Mini SES-lər və belə stansiyaların
bərpası;
- Coğrafi obyektlərin ad və ünvanlarına uyğun olaraq,
müvafiq nişanların, eləcə də turistlər üçün yerləri göstərən
nişanların yerləşdirilməsi.
12.16px;">"Marneuli"
Radiosu