Marneuli yerli özünüidarəsi Tsereteli kəndində üç küçədə daxili
yollara asfalt çəkilməsini nəzərdə tutur.
Marneuli meriyası Tseretelidə daxili yollara asfalt çəkilməsi üçün
tenderi 29 mart tarixində elan edib.
Tender sənədlərinə görə, layihədə nəzərdə tutulmuş məsafə
ümumilikdə 1330 metrdir.
“Layihədə nəzərdə tutulan hissədəki mövcud örtük
asfalt-betondur. Həmin yolda çatlar, oyuqlar qeydə alınır.
Sifarişçinin tələbini və yerli amilləri nəzərə almaqla yol
örtüyünün ikiqat tikintisi həyata keçiriləcək. Sifarişçinin
tələbinə görə, hərəkət hissəsi, suvarma kanalı sistemi bərpa
olunmalıdır”, – Tseretelidə yola asfalt çəkilməsi
layihəsinin sənədlərində qeyd olunub.
Marneuli meriyası Tsereteli kəndində İvane Cavaxişvili, Lado
Asatiani və Qiorqi Saakadze küçələrində yola asfalt çəkilməsini
planlaşdırır.
Yerli özünüidarə işlərin alınması üçün 1 100 000 lari dəyərində
tender elan edib. Tender sənədlərinə görə, vəsaitin 75,21% mərkəzi,
24,79% isə yerli özünüidarə büdcəsindən xərclənəcək.
Tsereteli kəndində daxili yolların bərpası işləri ilə bağlı
tenderdə iştirak etmək istəyən şirkətlər 14 apreldən 19 aprelə
qədər öz təkliflərini təqdim edə bilərlər. Tenderdə qalib gələn
şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri yerinə
yetirməli olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415