24 nəfər hərbi qulluqçu itkin düşüb – Ermənistan Müdafiə Nazirliyi
Ermənistan Müdafiə Nazirliyi 16 noyabr tarixində sərhəddə baş verən qarşıdurma nəticəsində itkilərinin sayını açıqlayıb.

Nazirlik qarşıdurma nəticəsində 1 nəfərin öldüyünü, 13 nəfərin əsir götürüldüyü, daha 24 nəfərin isə itkin düşdüyünü bildirib.

Qurumdan verilən məlumata görə, itkin düşən əsgərlərin axtarışı istiqamətində intensiv işlər aparılır. Ermənistan Müdafiə Nazirliyi həmçinin iki döyüş postunun Azərbaycan hərbiçilərinin nəzarəti altına keçdiyini
də açıqlayıb.

Qeyd edək ki, ötən gün Ermənistan-Azərbaycan sərhədində qarşıdurma baş verib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində qarşı tərəfin hərəkətinin məhdudlaşdırıldığı, onun qüvvə və vasitələrinə zərər vurulduğu və erməni hərbçiləri tərk-silah edilərək saxlanıldığı, xeyli sayda müxtəlif çaplı silahın və külli miqdarda sursatın qənimət kimi ələ keçirildiyini bildirib.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google