Azərbaycan Dağlıq Qarabağ ərazisində şəhər və kəndlərin
infrastrukturunun yenidən qurulmasına dövlət büdcəsindən 3 milyard
dollar vəsait ayırıb.
Bu barədə ölkənin xarici işlər naziri Ceyhun Bayramov məlumat
verib.
“Münaqişədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə
sıfırdan şəhər və kəndlər salınır. Biz “ağıllı şəhərlər”, “ağıllı
kəndlər” kimi yeni planlaşdırma üsullarından istifadə etmişik.
Bundan əlavə, bu məqsədlər üçün dövlət büdcəsindən 3 milyard
dollardan çox vəsait ayrılıb. Azərbaycan gələcəkdə bu torpaqların
bərpasına daha çox sərmayə qoymağa hazırdır”, - deyə
Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında bildirib. Onun
çıxışı Birləşmiş Millətlər Təşkilatının saytında dərc olunub.
2020-ci ilin sentyabrında Dağlıq Qarabağda baş vermiş hərbi
əməliyyatlar nəticəsində əvvəllər tanınmamış Dağlıq Qarabağ
Respublikasının nəzarətində olan Kəlbəcər və Laçın rayonları və
Ağdam rayonunun bir hissəsi Azərbaycana verilib.