Marneulili mülki fəal Aram Akopyan Niderland səfirliyinin mükafatına layiq görülüb
Bu gün, 13 dekabr tarixində, Niderlandın Gürcüstandakı səfiri insan hüquqlarının müdafiəsi günü ilə əlaqədar Gürcüstanda fəaliyyət göstərən mülki fəalları mükafatlandırıb.

“İnsan hüquqları Lalə” 2023-ün ikinci yerin qalibi Marneulili fəal Aram Akopyan olub.

Aram Akopyan Marneuli bələdiyyəsində, Qırmızıkənddə icma evi yaradıb və onun vasitəsi ilə kənd gənclərinin inkişafına dəstək olur. Aram kənddə qızlardan ibarət futbol komandası
yaradıb.

“İnsan Hüquqları Lalə” 2023 mükafatında birinci yeri Fiziki İmkanları Məhdud Uşaq Anaları Assosiasiyası “Dea”-nın rəhbəri Madona Xarebava tutub.

Aram Akopyanla yanaşı Batumi Müstəqil Yaşam Mərkəzinin lideri Toma Kakabadze də ikinci yeri tutub.

“İnsan Hüquqları Lalə” Gürcüstanda Niderland səfirliyi tərəfindən 2017-ci ildən təsis edilib və hər il hüquq istiqamətində işləyən təşkilatlar və mülki fəallar mükafatlandırılır.

Print Email
FaceBook Twitter Google