Hökumət layihəsi ilə Marneuliyə 4 sərnişin avtobusu veriləcək
Kvemo Kartli, Mtsxeta-Mtianeti və Samtsxe-Cavaxeti regionlarına 51 yeni avtobus veriləcək. Müqavilə bağlanılan şirkət yeni avtobusları Rustaviyə gətirib. Hökumət administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili də orada iştirak edib.

Regionlara əsasən avtobuslar belə bölünüb:
  • Marneuli - 4;
  • Dmanisi - 3;
  • Borjomi - 6;
  • Rustavi - 20;
  • Mtsxeta - 10;
  • Bolnisi - 4;
  • Tetritskaro - 3.
“İsuzu”-nun 8 metrlik avtobusları fiziki imkanları
məhdud şəxslər üçün adaptasiya edilib və 47 sərnişin üçün nəzərdə tutulub. Hökumət layihəsi ilə 38 bələdiyyə üçün ümumilikdə 154 avtobusun alınması planlaşdırılır.


Print Email
FaceBook Twitter Google