Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının
Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə
biləcək.
Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.
“Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra
Tbilisinin səması strateji obyektlər, aeroportlar, hərbi bazalar və
s. tamamilə qorunacaq. Gürcüstanda bu heç vaxt olmayıb və biz buna
nail olacağıq”, - o qeyd edib.