Dediklərim tamamilə kontekstdən çıxarılıb və yanlış şərh oluna bilər - Varhey

Avropanın Qonşuluq və Genişlənmə Məsələləri üzrə komissarı Oliver Varhey İrakli Kobaxidzenin telefon danışığı zamanı Avropa komissarı tərəfindən təhdid edildiyinə dair bu günki bəyanatına münasibət bildirib.


Varhey bəyanat yayıb və telefon danışığının bir hissəsinin kontekstdən çıxarıldığını və tamamilə yanlış şərh edildiyini yazıb.

“Gürcüstanın baş nazirinin 23 may 2024-cü il tarixində verdiyi bəyanata cavab olaraq, telefon danışığımın müəyyən hissəsinin
kontekstdən çıxarılmasına görə səmimi təəssüf hissimi bildirmək istəyirəm. Qonşuluq və Genişlənmə üzrə məsul komissar kimi mən öz portfelimə daxil olan ölkələrin hökumət nümayəndələri ilə müntəzəm əlaqə saxlayıram, çünki kommunikasiya kanalları birbaşa siyasi müzakirələr üçün həmişə açıq olmalıdır. Gürcüstandakı hazırkı siyasi vəziyyəti nəzərə alaraq, mən ölkənin siyasi rəhbərliyini Gürcüstanın Avropa İttifaqına gedən yolunu poza biləcək xarici təsirin şəffaflığı haqqında qanun qəbul etməməyə inandırmaq üçün çox səy göstərirəm.

Gürcüstan cəmiyyətinin çox aydın və məlum avropapərəst əhval-ruhiyyəsini nəzərə alaraq, telefon danışığım zamanı Baş nazirin diqqətini bu qanunun qəbulu nəticəsində onsuz da kövrək olan vəziyyətin kəskinləşməməsinə yönəltməyi zəruri hesab etdim ki, qütbləşmə dərinləşə bilər və biz Tiflis küçələrində nəzarətsiz vəziyyətin şahidi ola bilərik.

Bu baxımdan, Slovakiyada baş vermiş son faciəli hadisə yalnız nümunə və cəmiyyətdə, hətta Avropada belə yüksək qütbləşmənin bizi hara apara biləcəyinin göstəricisi kimi göstərildi. Təəssüf edirəm ki, telefon danışığımın bir hissəsi nəinki tamamilə kontekstdən çıxarılıb, həm də telefon danışığımın ilkin niyyətinin tamamilə yanlış təfsirinə səbəb ola biləcək şəkildə ictimaiyyətə təqdim edilib.

Mən bir daha Gürcüstan hakimiyyətini bu qanunu qəbul etməməyə çağırıram. Bunu mən də Gürcüstanın tanınmış və hörmətli dostu kimi xahiş edirəm. Mən Avropanın gələcəyi üçün çalışan gürcüləri dəstəkləməyə davam edirəm”,
- Oliver Varhey bildirib.

İrakli Kobaxidze iddia edir ki, Avropa komissarlarından biri onu hədələyib və bir neçə həftə əvvəl güllələnən Slovakiyanın baş naziri Robert Fizo ilə paralel aparıb. Gürcüstanın baş naziri bəyan edir ki, yüksək rütbəli “xarici siyasətçilər açıq şantajdan çəkinmirlər. Bu kontekstdə o, bir daha “Qlobal Müharibə Partiyası”nı xatırladıb.
Mənbə: Publika

 


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google