Kobaxidze: ABŞ-nin Gürcüstana qarşı sanksiyaları iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir
ABŞ-nin Gürcüstana qarşı sanksiyaları iki ölkə arasında tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində keçirilən Ukraynanın bərpası üzrə konfransın kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

“Bir daha qeyd etmək istərdim ki, sanksiyalar ciddi deyil. Amma bununla yanaşı, bu, ölkəmizə və xalqımıza qarşı təhqiredici addımdır. Bu həmçinin iki ölkə arasında tərəfdaşlıq ruhuna da uyğun
gəlmir. Müvafiq olaraq, ümid edirəm ki, yekunda bu qərarlara yenidən baxılacaq”,
- Kobaxidze deyib.

O qeyd edib ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin mümkün qədər dərinləşməsi Gürcüstanın maraqlarına cavab verir. Gürcüstan Baş naziri, həmçinin həm amerikalı, həm də avropalı tərəfdaşların bu istiqamətdə qarşılıqlı addımlar atacağına ümid etdiyini bildirib.

“Bu, gürcü xalqına və dövlətinə qarşı düzgün münasibət olardı”, - Kobaxidze söyləyib və Qərb tərəfdaşlarını praqmatik addımlar atmağa çağırıb.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller iyunun 6-da bildirib ki, ABŞ ölkədə xarici agentlər haqqında qanun qəbul edildiyinə görə onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumları, habelə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edir.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google