Marneulidə yeni ildən indiyədək insanların heyvanlar tərəfindən dişlənməsi ilə bağlı 536 fakt qeydə alınıb
2024-cü ildən bu günə qədər Marneuli bələdiyyəsində insanların heyvanlar tərəfindən dişlənməsi ilə bağlı 536 fakt qeydə alınıb. Marneuli İctimai Səhiyyə Mərkəzindən “Marneuli” radiosuna verilən məlumata görə, statistika yeni ilin əvvəlindən 13 iyuna qədər olan məlumatları əks etdirir.

Mərkəzdən bildirirlər ki, 536 hadisədən ikisi ilan sancması, qalanı isə it, pişik, siçovul və digər heyvanların dişləməsi ilə
bağlıdır. Bu müddət ərzində quduzluğa yoluxma halı qeydə alınmayıb.

İctimai Səhiyyə Mərkəzindən bildirirlər ki, Marneuli miqyasında quduzluqla mübarizə kabinetləri fəaliyyət göstərir. Onlardan biri Geo Hospitalsda, biri Aversidə, digəri isə Marneulidəki köhnə xəstəxananın binasında yerləşir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google