Daxili İşlər Nazirliyi Tbilisidə bir nəfəri qəsdən adam öldürmə
maddəsi ilə saxlayıb.
Agentliyin məlumatına görə, təqsirləndirilən şəxs soyuq silahla 50
yaşlarında olan kişiyə çoxsaylı xəsarətlər yetirib və hadisə
yerindən qaçıb.
“Daxili İşlər Nazirliyinin Tiflis Polis İdarəsi və
Patrul Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürmə ittihamı
ilə 1962-ci il təvəllüdlü O.Q.-ni saxlayıblar. İstintaqla müəyyən
edilib ki, bu il iyunun 13-də təqsirləndirilən şəxs 1975-ci il
təvəllüdlü qarşılıqlı mübahisə zəminində soyuq silahla müxtəlif
dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən gizlənib.
Yaralı aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxs
isti izlərlə yaxalanıb”, - deyə məlumatda
bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Gürcüstan
Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci
maddəsi ilə istintaq aparılır.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.