Statistika: Bir ailənin orta aylıq gəliri 1722 lari, 1 nəfərin gəliri 521 laridir

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq gəlir (pul və qeyri-pul fondları) əvvəlki illə müqayisədə 18,4% artaraq 1722 lari təşkil edib.


Adambaşına düşən orta aylıq gəlir isə 20,5% artaraq 521 lari təşkil edib. Sorğunun nəticələrinə görə, ailənin əsas gəlir mənbəyini pul gəlirləri və köçürmələr təşkil edir ki, onun
xüsusi çəkisi 2023-cü ildə əvvəlki illə müqayisədə 0,7 faiz bəndi artaraq 87,7 faiz təşkil edib. Qeyd olunan göstərici şəhər tipli qəsəbələrdə 92 faiz, kənd tipli qəsəbələrdə isə 79,7 faiz olmuşdur.

Özünüməşğulluğun gəlirlərinin xüsusi çəkisi 0,6 faiz bəndi azalaraq 11,8 faiz təşkil edib. Pensiya, təqaüd və sosial yardımdan əldə edilən gəlirlərin xüsusi çəkisi əvvəlki illə müqayisədə 0,2 faiz bəndi artaraq 21,8 faiz təşkil edib.

2023-cü ildə Gürcüstanda bir ailəyə düşən orta aylıq xərclər əvvəlki illə müqayisədə 16,7% artaraq 1649 lari, adambaşına düşən orta aylıq xərclər isə 18,7% artaraq 499 lari təşkil edib.

Araşdırmaların nəticələrinə görə, 2023-cü ildə əvvəlki illə müqayisədə istehlak pul xərclərinin ümumi xərclərdə xüsusi çəkisi 1,3 faiz bəndi azalaraq 70,2 faiz təşkil edib.

Şəhər tipli qəsəbələrdə bir ailəyə düşən orta aylıq xərclər 23,5 faiz artaraq 1706 lari, kənd tipli qəsəbələrdə isə 5,7 faiz artaraq 1551 lari təşkil edib. İstehlak pul xərclərinin strukturunda ən böyük pay ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunur ki, onun da xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz bəndi azalaraq 38,7 faiz təşkil edib.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google