Bidzina İvanişvilinin əmlakı rekord həddə çatıb - "Bloomberg"
Gürcüstanın keçmiş baş naziri və “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin mülkü “Bloomberg” biznes nəşrinin statistikasına əsasən rekord həddə çatıb.

Dekabrın 24-də yenilənmiş məlumatlara görə, İvanişvilinin əmlakı 6,55 milyard dollar qiymətləndirilir ki, bu da “Bloomberg”in 2013-cü ildə İvanişvilinin əmlak statistikasını dərc etməyə başlamasından bəri ən yüksək göstəricidir.

Nəşrin məlumatına görə, 2023-cü ildə İvanişvilinin əmlakının dəyəri 17 faiz və ya 950 milyon artıb və onun ən böyük aktivi nağd puldur.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google