Avstriyanın “AUSTRIAN AIRLINES” aviaşirkəti artıq Gürcüstana ilk
uçuşunu həyata keçirib.
Bu gündən etibarən həftədə üç dəfə Airbus A320 təyyarəsi
Vyana-Tbilisi-Vyana istiqamətində uçuşlar həyata keçirəcək.
Xatırladırıq ki, aprelin 25-də Avropa Parlamenti rus qanunu qəbul
ediləcəyi təqdirdə vizasız gediş-gəlişin mümkün nəzərdən
keçirilməsini nəzərdə tutan qətnamə qəbul edib.
Gürcüstan Hava Limanları İttifaqının məlumatına görə, şirkətlə
danışıqlar 2 il davam
edib.
“Biz şadıq ki, ilk reysdə bütün biletlər satılıb və
təyyarə tam dolu eniş edib və bu, Vyananın bizim üçün vacib
istiqamətlərdən biri olduğunu sübut edir. Gürcüstan Hava Limanları
Assosiasiyası Tbilisi hava limanını Avropanın mərkəzi paytaxtları
ilə birləşdirməyə davam edir, nəinki sərnişinlərimizin daha çox
mobillik və daha çox birbaşa reyslərə malik olması
üçün”, – Hava Limanları Assosiasiyasının direktoru
İrakli Karkaşadze bildirib.
AUSTRIAN AIRLINES 1957-ci ildə yaradılıb və Lufthansa Qrupunun
törəmə şirkətidir. 55 ölkədə 130 istiqamətə uçur.
Təxminən iki həftə əvvəl Hollandiyanın aşağı büdcəli aviaşirkəti
Transavia Gürcüstanda fəaliyyətə başlayıb. Aviaşirkət həftədə iki
dəfə Amsterdam-Tbilisi-Amsterdam istiqamətində birbaşa, müntəzəm
uçuşlar həyata keçirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.