Mitinq iştirakçıları Sirkin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qaldıqlarını iddia ediblər
"Rus qanununa" qarşı keçirilən aksiyanın iştirakçıları iddia ediblər ki, Sirkin yaxınlığında naməlum şəxslər aksiya iştirakçılarına hücum edərək onlara fiziki təzyiqlər ediblər. Hücum və yaralananların görüntüləri televiziyalar vasitəsilə yayımlanıb.

Şahidlərin dediyinə görə, 10-dan çox naməlum şəxs avtomobillərlə gələrək aksiya iştirakçılarına fiziki təzyiq göstərib, sonra maşına minərək çıxıb gediblər. Hadisə şahidlərindən birinin sözlərinə görə, əvvəlcə avtomobil velosipeddə olan kişini
qəsdən vurub. Xəsarət alanlardan biri “TV Pirveli”yə bildirib ki, uzanmış vəziyyətdə olan şəxsə kömək etməyə gəlib, amma onu yerə yıxıblar və döyüblər.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


{{AUDIO}}

{{AUDIO}}
Print Email
FaceBook Twitter Google