2023-cü il mətbuat azadlığı indeksində Gürcüstan 26 pillə geriləyib

“Sərhədsiz Reportyorlar” Beynəlxalq Hüquq Müdafiə təşkilatının (RSF) yaydığı Dünya Mətbuat Azadlığı İndeksində Gürcüsta 26 pillə geriləyib.

2023-cü ildə Gürcüstan 77-ci yeri tuturdusa, 2024-cü ildə isə 103-cü yerə yüksəlib.

Sözügedən hesabat yalnız 2023-cü ildə baş verən hadisələri əhatə edir və "Rus qanununun" ləğvinin mediaya təsirini əks etdirmir. Bu proseslər sənəddə 2023-ci il hesabatında öz əksini tapıb.

RSF qeyd edir ki, 2023-cü il Şərqi Avropa və Mərkəzi Asiya mediası üçün xüsusilə çətin olub. Hesabatda xüsusilə Belarusda (10 pillə geriləyərək 167-ci yerə), Gürcüstanda (26 pillə), Azərbaycanda (13 pillə geriləyərək 164-cü yerə) vəziyyətin xüsusilə pisləşdiyi, həmçinin Serbiyada (7 pillə) medianın vəziyyətinin pisləşməsi vurğulanır. Burada rəsmi KİV-lərin Kreml yönümlü təbliğat yaydığı və Rusiyadan qaçan müstəqil jurnalistlərin qorxudulduğu yerdə yəni Rusiyada medianın vəziyyəti pisləşib (162-ci yer). Ukrayna bu siyahıda 61-ci yerdədir, burada davam edən müharibə xüsusilə media ekosisteminə və jurnalistlərin təhlükəsizliyinə mənfi təsir göstərir.

RSF-nin 2024-cü il hesabatında
qeyd olunduğu kimi, Gürcüstan hökumətinin müdaxiləsi mətbuat azadlığının yaxşılaşdırılması səylərinə xələl gətirir.

“Müstəqil və müxalif media mühiti düşmən olaraq qalır, jurnalistlərə qarşı şifahi və fiziki hücumların artması, eləcə də müstəqil medianı marginallaşdırmağa və söz azadlığı məkanını daraltmağa yönəlmiş qanunların qəbuluna cəhdlər buna sübutdur”, - RSF qeyd edir.

“Sərhədsiz Reportyorlar” müxtəlif, lakin qütbləşmiş media mühitini vurğulayır və əlavə edir ki, media sahibləri redaksiya siyasətinə nəzarət edirlər.
Dünya Mətbuat Azadlığı İndeksi hesabatında qeyd olunur ki, hökumətlər çox vaxt onları tənqid edən medianın suallarını cavablandırmaqdan imtina edir və bəzən senzura, qarayaxma və hədə-qorxu kampaniyalarına əl atırlar.

“Hökumət Aİ-nin mətbuat azadlığı ilə bağlı tövsiyəsini hələ yerinə yetirməyib ki, bu da üzvlük danışıqlarına başlamazdan əvvəl zəruri addımdır”. KİV-də plüralizmi və şəffaflığı artıran əvvəlki islahatlardan fərqli olaraq, hakimiyyət elektron rabitə haqqında qanuna, eləcə də surəti çıxarılan “Xarici agentlər haqqında” qanuna dəyişiklik etməklə müstəqil radio stansiyalarına və televiziya şəbəkələrinə nəzarət etmək məqsədini açıq şəkildə ortaya qoydu. Küçə etirazları və beynəlxalq təzyiqlərdən sonra qanun layihəsi nəhayət geri götürüldü", - RSF-nin yalnız 2023-cü prosesi əhatə edən hesabatında deyilir. 

Məhkəmələr bəzən mənbələrin məxfiliyini pozmağa çalışırlar, baxmayaraq ki, bu, İfadə Azadlığı Aktı ilə təmin edilir".
Ümumdünya Mətbuat Azadlığı hesabatında həmçinin reklam bazarındakı problemlərdən və müstəqil medianın maliyyə çətinliklərindən, o cümlədən din xadimlərinin körüklədiyi və təhlükəsizlik xidmətlərinin dəstəklədiyi azlıqların problemləri ilə bağlı gərginlikdən bəhs edilir. Bu da öz növbəsində bu məsələlərin işıqlandırılmasında medianın işinə təsir edir.

Mətbuat azadlığı indeksinin başında demək olar ki, bütün istiqamətlərdə ən yaxşı göstəricilərə malik Skandinaviya ölkələri gəlir.

Əsas foto: 2023-cü ildə Rusiya qanunlarına qarşı jurnalistlərin hərəkəti. Sonra hökumət qanun layihəsini geri götürdü, lakin 2024-cü ildə yenidən geri qaytarıldı.

Mənbə:
Netgazeti

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google