1 iyul tarixindən 2011-ci ilə qədər verilən laminasiyalı şəxsiyyət vəsiqələri ləğv edilir
Gürcüstan Ədliyyə Nazirliyi əhaliyə xəbərdarlıq edir ki, 2011-ci il 28 iyul tarixinə qədər verilmiş qeyri-elektron (laminasiyalı) şəxsiyyət vəsiqələri 2024-cü il 1 iyul tarixindən ləğv ediləcək.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, nazirlik 2024-cü il 15 mart tarixindən qeyri-elektron (laminasiyalı) şəxsiyyət vəsiqəsinin sahibləri üçün şəxsiyyət vəsiqələrinin elektron vəsiqə (İD kart) ilə pulsuz dəyişdirilməsini təmin edəcək.

2011-ci il 28
iyul tarixinə qədər verilmiş qeyri-elektron (laminasiyalı) şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqəsi (İD kart) ilə pulsuz əvəz edilməsi üçün vətəndaşlar Ədliyyə Evlərinə və Səyyar Ədliyyə Evlərinə müraciət edə bilərlər.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google