Ermənistan siyasi məsələlər həllini tapdıqdan sonra Azərbaycandan
yenidən təbii qaz ala bilər.
Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin
müavini Hakop Vardanyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunda
deyib. Nazir müavini Sovet dövründə Ermənistanın üç böyük qaz
kəməri vasitəsilə Azərbaycandan qaz aldığını və indi bu kəmərlərin
bərpasının mümkünlüyünü bildirib.
“Mən ümid edirəm ki, bu qarşıdakı bir neçə il ərzində
baş verəcək. Bizim Sovet illərində bu cür təcrübəmiz olub. Qeyd
etdiyim kimi, biz qazı Azərbaycandan alırdıq, bizim Azərbaycandan
üç nəhəng qaz kəmərimiz var idi və biz indi ölkələrimiz arasında
siyasi məsələ qalmadığı təqdirdə bu kəmərləri bərpa edə bilərik.
Biz, həmçinin Azərbaycandan Avropaya qaz nəqli ölkəsi ola bilərik,
eynisi elektrik enerjisinə də aiddir. Biz bu kommunikasiyaların
tikintisinə və bərpasına hazırıq. Bu, regionun enerji
şaxələndirməsini dəyişə bilər”, - Vardanyan
bildirib.
Nazir müavini vuğrulayıb ki, Ermənistan regionun mərkəzində
yerləşdiyindən onun Şərq və Qərb qonşuları ilə sərhədlərinin
açılması böyük imkanlar yarada bilər. O, Ermənistanın Azərbaycandan
Türkiyəyə, eləcə də əks istiqamətdə elektrik enerjisinin nəqlində
və ixracında rol oynaya biləcəyini, eləcə də hər iki ölkəyə
elektrik enerjisi ixrac edə biləcəyini deyib. Əlavə edib ki,
Ermənistan Azərbaycan və Türkiyə üçün, həmçinin Gürcüstan və İran
üçün ən qısa dəhlizdir.