“Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçdi
Rusiyanın “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə keçib.

Bu barədə ÖHŞ-nin rəsmi “Telegram” kanalında xəbər verilib.

Bildirilib ki, bütün “Vaqner”çilərlə fərdi şəkildə müqavilələr imzalanıb.

O da vurğulanıb ki, ÖHŞ-nin bütün strukturu, iş qaydası və komandirlər saxlanılırlar.

“Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə eyni şəkildə həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

“Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən sonra “Vaqner”in Ukraynadan çıxdığı bildirilmişdi. Bu ilin sentyabr ayında Britaniya kəşfiyyatı “Vaqner”in yenidən Ukraynaya qayıtdığı barədə məlumat yayıb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google