Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 13-ə çatıb
Hindistanın cənubunda sürətli qatarın hərəkətsiz qatarla toqquşması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Bu barədə NDTV yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 50-dən çox insan yaralanıb. Daha əvvəl 10 nəfərin öldüyü və 25 yaralı olduğu bildirilirdi.

Hakimiyyət həlak olanların ailələrinə pul təzminatı ödəyəcəyini açıqlayıb. Qəzadan sonra Hindistanın cənubunda qatarların hərəkəti dayandırılıb - 18 reys
ləğv edilib, 20-dən çoxu isə təxirə salınıb.

Sərnişin qatarı Andhra Pradeş ştatının Vizaq şəhərindən Rayaqaduya gedirmiş. Qatar üst kabelin qırılması səbəbindən dayanıb, daha sonra sürətli qatar ona çırpılıb. Zərbə nəticəsində üç vaqon relsdən çıxıb.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google