Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı üç prinsipin razılaşdırıldığını bildirib
Azərbaycanla sülhün bərqərarına və münasibətlərin nizamlanmasına kömək edə biləcək üç əsas prinsip razılaşdırılıb. Bu barədə oktyabrın 30-da baş nazir Nikol Paşinyan Ermənistan parlamentində bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması real olacaq.

"Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan ərazisinin 29800 kvadrat kilometr, Azərbaycanın
isə 86600 kvadrat kilometr olduğunu başa düşməklə",
- Paşinyan deyib.

İkinci prinsip odur ki, Alma-Ata bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.

Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

"Bizim planlarımıza Azərbaycanla sülhün və münasibətlərin bərqərar olması haqqında sazişin imzalanması və Türkiyə ilə münasibətlərin nizamlanması daxildir. Başa düşürük ki, bu, asan olmayacaq, amma belə proqramın irəliləməsi Ermənistanın dövlət maraqlarına uyğundur", - Paşinyan deyib.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google