Azərbaycan Ukraynaya yeni humanitar yardım partiyası göndərib
Oktyabrın 30-da Azərbaycandan Ukraynaya humanitar yardım kimi növbəti enerji avadanlığı partiyası göndərilib.

Avadanlıq Azərbaycanın əvvəllər Ukraynaya ayırdığı 7,6 milyon dollar çərçivəsində alınıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz Facebook səhifəsində yazıb.

Elektrik avadanlıqları Ukraynanın enerji sisteminə yüz minlərlə evi istilik, su və işıqla təmin etməyə imkan verəcək. Müəssisə və şirkətlərin işləməsinə imkan verəcək.

Kanevskinin yazdığına görə, Rusiyanın Ukraynanın şəhər və kəndlərini bombalaması bir gün belə ara vermir.

Soyuqları düşməsilə Ukraynanın enerji infrastrukturuna zərbələr endirmək üçün yeni planlar hazırlanır, səfir qeyd edib.

Ukraynanın enerji sektoruna dəstək strateji Azərbaycan-Ukrayna tərəfdaşlığının təzahürüdür.

“Bu dəstək bizə əzm verəcək və qələbə qazanmağa kömək edəcək”,
- səfir qeyd edib.

Azərbaycan Energetika Nazirliynin nümayəndəsi Ələsgər Həsənov bildirib ki, bu gün Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur.

Azərbaycanın Ukraynaya humanitar yardımını ümumi dəyəri 33 milyon dolları ötüb.

Bundan əlavə, müharibədən zərər çəkmiş və ya ailə üzvlərini itirmiş 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Azərbaycan İrpendə dağıdılmış akademik Zərifə Əliyeva adına liseyi bərpa edib.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google