Azərbaycanla İran arasında körpünün tikintisi üçün 14 milyon manat ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranla Zəngilan rayonunun Ağbənd qəsəbəsi arasında Araz çayı üzərində körpünün tikintisi haqqında sərəncam imzalayıb. Bu məqsədlər üçün prezidentin 2023-cü il üçün dövlət büdcəsindəki Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayrılır.

Ağbənd qəsəbəsi ərazisində avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun təməli oktyabrın 6-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın
yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın iştirakı ilə qoyulub.

Körpünün tikintisi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında hökumətlərarası memorandumun reallaşması çərçivəsində həyata keçirilir.

Körpünün buraxılış qabiliyyəti sutkalıq 1,1 min avtomobil, 30 avtobus və 15 min nəfər olacaq.

Qeyd edək ki, Ağbənd körpüsü Azərbaycandan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin tərkib hissəsidir.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google